Share

Başıboş Söhbətlər

Bir romantikin kapitalist sistemdə sağ qalma gündəliyi.


Latest episode

  • 3. Kapitalizm nədir? Qazanmaq üçün itirdiklərimiz

    12:45
    Son vaxtlar beymini ən çox məşğul eləyən mövzu pul qazanmaq mövzusudur. Mən pul qazanmağı çox sevirəm. Yəni pulu sevmək ayrı məsələdir mən pul qazanmağı və xərcləməyi sevirəm. Pulun özünü sevirəm desəz? Bilmirəm. Bu sual biraz qəribədir. Ona qarşı xüsusi hissim yoxdur. Varlığı çox insan kimi həyatımı rahatlaşdırır, yoxluğu adətən problem yaratmalıdır. Amma məndə çox da yaratmayıb. Məni çox da yaxşı tanımayan insanların bu mövzuda qoyduğu diaqnoz odur ki, məsuliyyətlərim azdır ona görə pulumun olmamamağı məni çox da təsirləndirmir. Amma məsələ çox da belə deyil. Challengeları, oyunları çox sevirəm mən, 0-a düşmək oradan qalxmaq mənim üçün özümlə yarış kimi olub adətən. Bunu bacaranda çox böyük uğur qazanırmışam kimi hiss eləmişəm. Ona görə pulun yoxluğu mənim həyatımda problemdən çox oyunlar yaradıb adətən. Amma yaşım biraz artandan, oyun oynamaqdan yorulandan sonra, azadlığımı tam əlimə alandan sonra anladım ki, bu həyatda daha maraqlı şeylər etmək istəyirəm. Kərəmi də elə burada ağlamaq tutdu. 

More episodes

View all episodes

  • 2. Romantizm nə deyil? Einstein əslində bir romantikdir?

    08:46
    Fərqlilikləri danışmaq üçün hazırlamışam bu podcastı. Bildiyim normalları bilmədiyim normallara dəyişmək üçün. Həm cəsur, həm də qorxaq ola bildiyimi, kənardan özgüvənli görünən insanların kiçik bir bank sırasında öz içində yaşadığı qayğıları, eynişteynin də bir romantik ola biləcəyini, romantiklərin ancaq duyğuları ilə hərəkət etmədiyini normallaşdırmaq üçün. Normallaşdıqca, danışıla bildikcə bu və başqa qəliz mövzular daha rahat hiss etdiyim üçün. Daha da açıq desəm, bu başıboş söhbətlərin, məndəki bəzi boşluqları doldurduğuna inandığım üçün. 
  • 1. yalnız 1 Romantik və yalnızları heç sevməyən 1 Kapitalizm

    06:13
    Təkcə 27 yox 17 37 47 57 67 77 87 yaşında da olsanız sizin də içinizdə bir yalnız romantik olduğunu bilirəm. Ya da buna inanmaq istəyirəm. Ya da siz də inanın istəyirəm çünki, hansı vəziyyətdə oluramsa olum yalnız o ümid sayəsində sağalmağın, sağ qalmağın nə olduğunu öyrənmişəm. İndi bu podcastlardə də, mənim, yəni bir romantikin kapitalist sistemdə sağ qalmaq cəhdlərindən danışacam. Danışacam ki, bəlkə mənim kimi hərdən siz də o ümidin yoxa çıxdığını düşünsəz, əslində çox dərinlərə də getsə həmişə orada, sizin içinizdə olduğunu xatırlaya biləsiz.